CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 99,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 98,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 91,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 99,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,88 dollar/barel çoxdur.