YAPONİYA SAYTI PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRTAC-A VERDİYİ MÜSAHİBƏSİNİ YAYIB

Yaponiyanın “ajmedia.jp” saytı Prezident İlham Əliyevin fevralın 11-də “Qobu” Enerji Qovşağının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a verdiyi müsahibəsini yayıb.

Yapon və ingilis dillərində yayımlanan materialda Azərbaycanın enerji siyasətinin müxtəlif istiqamətləri və bu sahədə qazanılan böyük uğurlar barədə ətraflı məlumat verilib. Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaq və əhali daha da firavan yaşayacaq. Bildirilib ki, yeni açılan obyekt Azərbaycanın gücünü bir daha bütün dünyaya göstərir. Həmçinin bu, Azərbaycan rəhbərliyinin qarşıya qoyduğu bütün vəzifələri uğurla icra etdiyini bir daha təsdiq edir.

Prezident İlham Əliyevin “Qobu” Enerji Qovşağının son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biri olduğunu qeyd etməsi materialda xüsusi vurğulanıb.