ŞƏHİDLƏR XİYABANI ISTİQAMƏTİNDƏ ŞƏXSİ AVTOMOBİLLƏRDƏN ISTİFADƏ ETMƏYİN – SÜRÜCÜLƏRƏ MÜRACİƏT

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: “Sürücülərdən xahiş olunur ki həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq”