Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvlərini qəbul edib.
Görüşdə Ağsaqqallar Şurasının sədri və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Azərbaycan tərəfindən təşkilatın Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan ağsaqqallar, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın iştirak ediblər.
Görüşdə fevralın 9-10-da İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının XII toplantısı barədə Türkiyə Prezidentinə məlumat verilib.