TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ SURİYANIN ŞİMALINDA 29 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində daha 29 terrorçu məhv edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Terrorçular “Sülh çeşməsi” və “Zeytun budağı” əməliyyatlarının keçirildiyi bölgədə zərərsizləşdiriliblər.

Əməliyyatlar davam edir.