Prezident İlham Əliyevin fevralın 11-də “Qobu” Enerji Qovşağının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a verdiyi müsahibə “TRT-Azərbaycan” radiosunun rəsmi saytı tərəfindən tam mətnlə yayımlanıb.
Müsahibədə Azərbaycanın enerji siyasətinin bütün istiqamətləri və qazanılan böyük uğurlar barədə ətraflı məlumat verən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir.
Jurnalistin suallarını müfəssəl şəkildə cavablandıran dövlət başçısı müsahibəni bu ifadə ilə tamamlayıb: “Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik”.