MÜDAFİƏ NAZİRLİYİ: RUSİYA SÜLHMƏRAMLILARININ MÜVƏQQƏTİ YERLƏŞDİYİ ƏRAZİDƏ YAŞAYIŞ EVİNİN ATƏŞƏ TUTULMASI MƏLUMATI YALANDIR

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

“Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır”, – məlumatda deyilir.