ELNUR ƏLİYEV İQTİSADİYYAT NAZİRİNİN BİRİNCİ MÜAVİNİ TƏYİN EDİLDİ

Prezident İlham Əliyev E.A.Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.