RÖVŞƏN NƏCƏF İQTİSADİYYAT NAZİRİNİN BİRİNCİ MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev R.Ç.Nəcəfin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.