AZƏRBAYCAN VƏ İRAN ARASINDA DAHA İKİ SƏRHƏD KEÇİD MƏNTƏQƏSİNİN YARADILMASI BARƏDƏ MÜZAKİRƏ APARILIR

İki ölkə arasında daha iki sərhəd keçid məntəqəsinin yaradılması ilə əlaqədar müzakirələr aparılır.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

S.A.Musəvinin sözlərinə görə, iki ölkə arasında daha iki sərhəd keçid məntəqəsinin yaradılması ilə əlaqədar müzakirələr aparılır. Sərhəd keçidlərinin birinin Parsabadda, ikincisinin isə Xudafərində olması planlaşdırılır.

“Bununla əlaqədar irəliləyiş olduğu halda ətraflı məlumat verəcəyik”, – deyə səfir əlavə edib.