NÖVBƏTİ 5 İL ÜÇÜN RƏQƏMSAL SƏHİYYƏ STRATEGİYASI HAZIRLANIR

Növbəti 5 il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanır.

Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu yaxınlarda həmin strategiya təqdim olunacaq.

“Rəqəmsal səhiyyə strategiyasının hazırlamasında əsas məqsəd vətəndaş məmnunluğunun yaradılması ilə yanaşı müasir standartlara uyğun tibbi statistik məlumatların formalaşdırılmasıdır. Bu strategiyada fərdin sağlamlıq məlumatlarının olduğu layihə yer alacaq”- deyə T.Musayev əlavə edib.