Səhiyyə nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq.
Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hər bir vətəndaş o çağrı sisteminə müraciət edərək probleminin həllinə nail olacaq.
“Eyni zamanda nazirliyin yeni istifadəyə verilmiş vebsaytı üzərindən də müraciətlər oluna bilər və dərhal cavablandırılacaq”, – deyə T.Musayev bildirib.