Azərbaycan UNESCO missiyası üçün heç bir məhdudiyyət qoymur.
Bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən Qoşulmama Hərəkatının Modeli Simulyasiya təliminin açılışında deyib.
Ermənistan onilliklər ərzində işğal etdiyi Qarabağa UNESCO nümayəndələrini buraxmayıb.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycan və UNESCO Qarabağda tədiqat işlərinin aparılması məsələsi ilə bağlı əməkdaşlığa başlayıb.
“Biz UNESCO missiyasını hələ iyun ayında dəvət etmişik və onları gözləyirik. Biz onlar üçün heç bir məhdudiyyət qoymuruq. UNESCO missiyası həm müsəlman, həm də xristian abidələrini tədqiq edə bilər”, – deyə nazir bildirib.