ÜST: AZƏRBAYCANDA PEYVƏNDLƏMƏ PROSESİ SÜRƏTLƏ GEDİR

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesi sürətlə gedir və bu bizi sevindirir.

Bunu ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı Tibb İşçilərinin Davamlı Tibbi Təhsilinin Dəstəklənməsi və İnfeksiyanın Qarşısının Alınması və Nəzarət üzrə Ləvazimatlarının Təhvil verilməsi tədbirində deyib.

O bildirib ki, təmsil etdiyi qurum bu sahədə Azərbaycana hər zaman dəstək olmağa hazırdır.

“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində Azərbaycanın tibb işçiləri 2021-ci ildə OpenWHO platformasında 15 000 kursda qeydiyyatdan keçib”, – deyə H.Harmancı bildirib.