Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin növbəti Zirvə Görüşünün keçiriləcəyi tarix və yer açıqlanıb.
Təşkilatın Ağsaqqallar Şurasının İstanbulda keçirilən iclasında çıxış edən Baş katib Bağdad Amreyev qeyd edib ki, növbəti Zirvə Görüşü 11 noyabr 2022-ci ildə Özbəkistanda keçiriləcək.
Onun sözlərinə görə, artıq baş katiblik tərəfindən Zirvə Görüşünə hazırlıq başlayıb.
Xatırladaq ki, bundan öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü 2021-ci il noyabrın 12-də İstanbulda keçirilib.