“AZƏRİSTİLİKTƏCHİZAT” ASC-NİN SƏDRİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ

Prezident İlham Əliyev Y.M.Həsənovun “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilir.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.