AZƏRBAYCAN XİN: UKRAYNA İLƏ STRATEJİ TƏRƏFDAŞLIĞIMIZIN DAHA DA MÖHKƏMLƏNMƏSİNİ GÖZLƏYİRİK

Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində Ukrayna ilə diplomatik əlaqələrin qurulmasının 30 iliyi münasibəti ilə paylaşım edilib.

Paylaşımda deyilir:

“Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür.

Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!”.