Rusiya Prezidenti Vladimir Putin Çinə sabah baş tutacaq ziyarətindən sonra Türkiyəyə səfər edəcəyinə dair bizə məlumat verib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərdən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Ukrayna və Rusiya dövlət başçıları ilə görüşmədən tərəflər arasında dialoqla bağlı hansı addımların atılacağına dair hər hansı bir söz demək olmaz.
“Ümid edirik ki, görüşmələrdən sonra bu ölkələr aralarındakı gərginliyin öhdəsindən müvəffəqiyyətlə gələcəklər“, – deyə o əlavə edib.