Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının ilkin proqramına 28 idman növünü daxil edib.
Trend-in məlumatına görə, bu barədə qərar BOK-un bu gün keçirilən iclasında qəbul edilib.
BOK daha əvvəl təşkilatın icraiyyə komitəsinin dəstəyini almış Olimpiya proqramı üzrə komissiyanın təklifi ilə razılaşıb. 28 idman növünün arasında Tokio-2021 Olimpiya Oyunlarında debüt edən skeytbordinq, sörfinq və qayayadırmanma idman növləri də daxil edilib.
Boks, ağır atletika və müasir pentatlon gözləmə siyahısında qalsa da, beynəlxalq federasiyaları Olimpiya proqramında yerlərini saxlamaq üçün islahatları başa çatdırmalıdırlar.
Los-Ancelesdə keçiriləcək Oyunların təşkilat komitəsi 2023-cü ildə proqrama daxil edilməsi üçün əlavə idman növləri təklif edə bilər, yekun proqram 2024-cü ilin dekabrında təsdiqlənəcək.