RUSİYA AVİAŞİRKƏTİ MOSKVADAN GƏNCƏYƏ UÇUŞLARA BAŞLAYIR

Rusiyanın “Utair” aviaşirkəti fevralın 9-dan etibarən Moskva-Gəncə marşrutu ilə reysləri işə salır.

Bu barədə şirkətin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, uçuşlar həftədə bir dəfə, çərşənbə günləri baş tutacaq.

Moskvadan uçuşlar saat 06:05-də, Gəncədən isə 11:30-da olacaq.