QAZAXISTAN KTMT YANINDA DAİMİ NÜMAYƏNDƏLİK AÇMAĞI PLANLAŞDIRIR

Qazaxıstan hakimiyyəti Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nəzdində ölkənin daimi nümayəndəliyini açmağı planlaşdırır.

Bu barədə məlumat Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Fərmanının layihəsində əksini tapıb.

Layihədə bildirilir ki, o, təşkilat dövründə Qazaxıstanın Daimi Şuradakı səlahiyyətli nümayəndəsi statusunun KTMT-nin hüquqi bazasına və ölkənin diplomatik xidmət sahəsində qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.