Sosial şəbəkələrdə yayılan vətəndaş müraciətinə cavab olaraq bildiririk ki, əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil.
Bu, əlillik dərəcəsinin verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara Müdafiə Nazirliyinin cavabında qeyd olunub.
“Bu kimi məsələlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edilməsini tövsiyə edirik”, – deyə nazirliyin məlumatında bildirilib.