CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 55,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel azdır.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 54,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.