AĞDAMDA ŞƏHİDLƏR XİYABANI ZİYARƏT OLUNUB

Bu gün 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad olunub.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında paylaşımda qeyd edib.

“Həmçinin, Ağdam rayonundakı Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin məzarı ziyarət edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, – deyə paylaşımda bildirilib.