TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki paylaşımında deyilir:

“1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş Qara Yanvar kimi tanınan qırğında şəhid olan qardaş və bacılarımızın xatirəsini anırıq. “Bir Millət, İki Dövlət” olaraq azərbaycanlı qardaşlarımızla yaxşı gündə də, pis gündə də birlikdə olmağa davam edəcəyik”.