2021-ci ildə Azərbaycanın “Bahar” yatağında neft hasilatının həcmi 240 min barel həcmində proqnozlaşdırılır.
Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsi barədə rəyində deyilir.
Qeyd olunur ki, proqnozlaşdırılan həcm 2020-ci illə müqayisədə dəyişməz qalıb.
Eyni zamanda, bu il “Bahar” yatağında 243 milyon kubmetr qazın hasil olunması gözlənilir.
Bu göstərici, 2020-ci ilin proqnozu ilə müqayisədə 5,2 faiz çox olacaq. 2020-ci ildə “Bahar” yatağında 231 milyon kubmetr qazın hasil olunması proqnozlaşdırılırdı.