25 noyabr 2020-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq etdi.
“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Azərbaycanın Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə – Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür” – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirdi.
Seperatçıların Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanın ifasında isə yeni nağıllar eşidilməkdədir. Dekabrın ilk ongünlüyündə Xocalı hava limanında uçuşlar həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Balasanyan hələ də özünün inanmadığı yalanlara başqalarını inandırmaq istəyir.
Bu iddiaların fonunda erməni silahlı dəstələri təxribat cəhdlərini davam etdirməkdədirlər. Xankəndinə keçməyi bacaran, Hadrut və Xocavənd ətrafında mövqelər quran erməni diversant qrupları isə ardıcıl olaraq zərərsizləşdirilməkdədir. Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra Cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışında dəfələrlə bildirib ki, əgər erməni faşizmi yenidən baş qaldırsa, biz onları tamamilə məhv edəcəyik.
Qarabağ Azərbaycandır!