Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 1 ədəd qoruyucu açar və kabel 10 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.