Türk dünyası olaraq Qazaxıstanın yanındayıq.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib.
“Qardaş Qazaxıstanın gücünə güvənirik. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq”, -deyə nazir qeyd edib.
M.Çavuşoğlu əlavə edib ki, dövlətləri millətləri rifah və barış yüksəldir.
“Bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq”-deyə nazir qeyd edib.