AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ TÜRKİYƏLİ HƏMKARI ILƏ GÖRÜŞÜB

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler də iştirak edib.