ON BİR AYDA DƏMİR YOLU ILƏ 1,9 MİLYON SƏRNİŞİN DAŞINIB

Cari ilin yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 1,9 milyondan çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınmasında 46,7 faiz azalma olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 282 vaqon yüklənib, 387 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,7 min ton, qərb istiqaməti üzrə 3,3 min ton, cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.