ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNAN AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) və Aqrar İnkişaf Könüllüləri Təşkilatı (AİKT) Kürdəmirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçiriblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Vətən müharibəsində canlarını qurban verən Kürdəmirdən olan 35 şəhidin hər birinin adına şam ağacı əkilib, xatirələri bir daha yad edilib.

Qeyd edək ki, KTN-nin BHİK və AİKT tərəfindən ilin sonuna kimi Vətən müharibəsində həlak olan 2783 şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkənin bütün rayon və şəhərlərində ağacəkmə aksiyası keçiriləcək.