RUSİYADA HELİKOPTER QƏZA ENİŞİ EDİB

Rusiyanın İjevsk şəhərində Mi-2 helikopteri qəza enişi edib.

Helikopterdə iki nəfər olub. Onların həlak olmadığı bildirilir.

Qeyd olunur ki, hadisə bölgədə neft kəmərlərinin yoxlanışı keçirilərkən baş verib.

Əvvəlcə helikopterlə əlaqə itsə də, qısa müddət sonra pilotlar əlaqəyə çıxa bilib. Hadisə yerinə xilasedicilər göndərilib.