TÜRKİYƏNİN “SABAH” QƏZETİ: TÜRK DÜNYASININ İLHAMI!

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attarın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yubileyi ilə bağlı açıqlaması nüfuzlu “Sabah” qəzetində “Türk dünyasının İlhamı!” sərlövhəsi ilə dərc olunub.
Türkiyənin ən populyar, çoxtirajlı qəzeti professor Aygün Attarın açıqlamasını türkdilli ictimaiyyətə belə təqdim edib: “Qazandığı şanlı Qarabağ Zəfəri ilə türk dünyasına böyük xoşbəxtlik bəxş edərək Türk Dövlətləri Təşkilatının Türk Dünyasının Ali Ordeninə layiq görülən, Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyidir. Mübarək olsun”.
Təbrik açıqlamasında, həmçinin Prezident İlham Əliyevin yüksək keyfiyyətləri, nümunəvi ailəsi, eləcə də keçdiyi dərin mənalı həyat yolu barədə məlumat verilir.