GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ İSTEFA VERİB

Gürcüstan parlamentinin spikeri Kaxa Kuçava vəzifəsindən istefa verib.

Bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İraakli Kobaxidze deyib.

K.Kuçavanın bundan sonra vacib dövlət layihəsi ilə məşğul olacağı bildirilib.

Eyni zamanda, Gürcüstan parlamentinə Şalva Papuaşvilinin rəhbərlik edəcəyi deyilir.