Türkiyənin Osmaniyə şəhərində tullantıların emalı zavodunda partlayış baş verib.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin ağır olmadığı deyilir.
Partlayışın səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.