Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.
Baş nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılsın.
Bundan əvvəl xüsusi karantin rejiminin qüvvədə olma müddəti yanvarın 1-dək nəzərdə tutulurdu.