“META” ŞİRKƏTİ 50 MİN İSTİFADƏÇİNİ İZLƏYƏN 7 TƏŞKİLATI BLOKLAYIB

“Meta Platforms” şirkəti (Facebook, Instagram, WhatsApp-ın sahibi) platformalarında 50 minə yaxın istifadəçini izləyən yeddi təşkilatı bloklayıb.

Bu barədə şirkətin saytında bildirilib.

Məlumatda qeyd olunub ki, İnternet vasitəsilə 100-dən çox ölkədən insanları izləyən yeddi təşkilat bloklanıb:

“Bu zərərli fəaliyyətlərin qurbanı olduğuna hesab etdiyimiz 50 000-ə yaxın insanı xəbərdar etmişik”.

Şirkətdən verilən məlumata görə, cinayətkarlar Çin, Hindistan, İsrail və Şimali Makedoniyada yerləşib.