AVROPANIN VƏTƏNPƏRVƏR AZƏRBAYCANLILARI BRÜSSELDƏ PREZİDENT İLHAM ƏLİYEVİ QARŞILAMAĞA ÇIXIBLAR

Avropada yaşayan vətənpərvər azərbaycanlılar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.

Onlar əllərində fransız və ingilis dillərində “Cənab Prezident, xoş gəlmisiniz!”, “Avropa Azərbaycanlıları Sizi salamlayır!”, “Azərbaycan ümumi dəyərlərə hörmət edir!” plakatları, eyni zamanda, Azərbaycan və Avropa İttifaqının bayraqlarını tutublar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Səfər zamanı dövlət başçısı NATO-nun iclasında iştirak edəcək.