CEYHUN BAYRAMOV: ERMƏNİSTAN TƏRƏFİNDƏN TƏQDİM OLUNAN MİNA XƏRİTƏLƏRİNİN DƏQİQLİK FAİZİ ÇOX AŞAĞIDIR

İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu xəritələrin dəqiqlik faizi təxminən 25 faizdir:

“Ermənistan tərəfindən təqdim olunmuş yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da çox artan acı faciələrin qarşısını ala bilərik”.