“QARABAĞ”IN UEFA KONFRANS LİQASININ PLEY-OFFUNDAKI POTENSİAL RƏQİBLƏRİ BƏLLİ OLUB

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

“Qarabağ” 1/8 finala vəsiqə uğrunda Avropa Liqasında öz qruplarını 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq.

Bunlar “Sparta” (Praqa, Çexiya), PSV (Niderland), Lester (İngiltərə), “Fənərbağça” (Türkiyə), “Marsel” (Fransa), “Midtyullan” (Danimarka), Seltik (Şotlandiya) və “Rapid”dir (Avstriya)

Xatırladaq ki, “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində öz qrupunda üçüncü yeri tutub və 1/16 final mərhələsinə vəsiqə qazanıb.