MARİYA ZAXAROVA: AZƏRBAYCAN – ERMƏNİSTAN SƏRHƏDİNİN DELİMİTASİYASI ÜZRƏ KOMİSSİYANIN TEZLİKLƏ FORMALAŞMASINI GÖZLƏYİRİK

Sərhədin delimitasiyası üzrə komissiyanın tərkibində Azərbaycanla Ermənistanın nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözləyirik.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Ən yüksək səviyyədə Soçi razılaşmaları Azərbaycan və Ermənistanın normallaşmaya doğru addımlara hazır olduğunu təsdiqləyir. Həm Bakı, həm də Yerevanla təmaslarda biz razılaşmaların ardıcıl reallaşdırılması, o cümlədən sərhədyanı mübahisələrin tənzimlənməsi, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzərində işləyirik. Bu il noyabrın 26-da Soçidə razılaşdırıldığı kimi dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmasında doğru addımlamaq vacibdir. Biz həm də tərəflərin komissiyanın tərkibində nümayəndə heyətlərinin tezliklə formalaşdırılmasını gözləyirik. Üçtərəfli işçi qrupu çərçivəsində bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə səylər də davam etdirilir”, – deyə M.Zaxarova bildirib.