İRAQIN ŞİMALINDA ÜÇ TÜRKİYƏ HƏRBÇİSİ HƏLAK OLUB

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatı zamanı 3 Türkiyə hərbçisi həlak olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, hərbçilərin ölümündən sonra bölgədə müəyyən edilən ərazilərə hava zərbələri endirilib.

Zərbələr nəticəsində 6 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam etdirilir.