Moskvada “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
Qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada keçiriləcək.