PREZİDENT İLHAM ƏLİYEV, BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA VƏ QIZLARI LEYLA ƏLİYEVA QUBADA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT EDİBLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.