HELİKOPTER QƏZASINDA ŞƏHİD OLANLARIN CƏNAZƏLƏRİ AİLƏLƏRİNƏ TƏHVİL VERİLİR

Dünən baş verən helikopter qəzasında şəhid olanların cənazələri ailələrinə təhvil verilir.

Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Hazırda hadisə ilə bağlı Baş prokurorluq tərəfindən istintaq aparılır. Helikopterin qara qutusu tapılıb, hadisə şahidlərinin ifadəsi alınıb.