CEYHUN BAYRAMOV ATƏT XARİCİ İŞLƏR NAZİRLƏRİNİN İCLASINDA İŞTİRAK EDƏCƏK

Bu gün xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Stokholma yola düşüb.

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək:

“Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur”, – məlumatda qeyd edilir.