İKİ HƏRBİ QULLUQÇUMUZ FÜZULİDƏ MİNAYA DÜŞÜB

Füzuli rayonunda Daxili Qoşunların iki hərbçisi minaya düşüb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçuları minaya düşüb.

İki hərbçi rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda həkim nəzarəti altındadırlar.

Faktla bağlı araşdırma aparılır.