BAKI MİLLİ GİMNASTİKA ARENASINDA ÇIXIŞ ETMƏK İNANILMAZDIR – QAZAXISTAN GİMNASTI

Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır.

Bunu qazaxıstanlı gimnast, Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının iştirakçısı Vitaliya Smotrikova deyib.

“Dünya Yaş Qrupları Yarışları irimiqyaslı idman tədbiridir. Bu yarışların iştirakçısı olmaqdan çox şadam. Milli Gimnastika Arenasında müsbət əhval-ruhiyyə hökm sürür. Bu yarışlar mənə böyük təcrübə qazandıracaq və mən gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün daha çox məşq edəcəyəm”, – deyə gimnast bildirib.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.