“MANÇESTER YUNAYTED” KLUBUNUN BAŞ MƏŞQÇİSİNİN KİMLİYİ BİLİNİB

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisinin kimliyi bilinib.

“The Athletic” xəbər verir ki, bu vəzifəyə Ralf Ranqnik gətirilib.

Almaniyada müasir məşqçiliyin “xaç atası” kimi tanınan 63 yaşlı mütəxəssis Moskvanın “Lokomotiv” klubunda idman və inkişaf departamentinin rəhbəri vəzifəsini tərk edərək, bu vəzifəni icra edəcək.

Ranqnik mayın sonuna qədər altı aylıq müqavilə imzalayıb. O, klubda daha iki il məsləhətçi kimi çalışacaq.

Qeyd edək ki, “qırmızı şeytanlar” bir neçə gün öncə baş məşqçi Ule Qunnar Sulşerlə vidalaşıb.